SƏNAYE

Gələn il neft indikindən baha olacaq
07 NOYABR
395

Gələn il neft indikindən baha olacaq

2016-11-07 10:18:00

Analitiklər neftin qiymətinin 2017-ci ildə bahalaşacağını, lakin gələn ildəki qiymətin yenə də 60 dollar/barreldən aşağı olacağını proqnozlaşdırırlar.

Ötən günlərdə həm ABŞ-da, həm də Avropada enerji sektorundakı bəzi şirkətlərin səhmləri əhəmiyyətli dərəcədə dəyər itirmişdi. “Brent” markalı neftin bir barrelinin qiyməti də 2 faizə ucuzlaşaraq son üç aydakı ən aşağı qiymətə 45,43 dollar/barrelə geriləmişdi.

Halbuki OPEC-ə üzv ölkələr uzun zamandır ki, neft hasilatını müəyyən səviyyədə məhdudlaşdıracaqları barədə razılaşmağa çalışırlar. Buna baxmayaraq, xam neftin qiyməti ötən həftə də 9,4 faiz ucuzlaşmışdı.

Noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrə toplaşaraq yenə də neft hasilatını hansı ölkənin nə qədər azaldacağı barədə razılığa gəlməyi nəzərdə tuturlar. Bundan başqa, ötən həftə ABŞ-ın neft ehtiyatları son otuz ilin ən yüksək səviyyəsinə çatıb və bu da qlobal neft təklifinin tələbdən daha çox olduğunu göstərir.

Neft sektoru üzrə analitiklər və mütəxəssislər OPEC-in neft təklifinə nəzarət edib-etməyəcəyi barədə narahatdırlar. Mütəxəssislər OPEC-in neftin qiymətini yüksəltmək cəhdinin hər hansı razılıqla nəticələnməsini, yəni müvəffəqiyyətli olması ehtimalını 40 faiz qiymətləndirirlər. Lakin buna baxmayaraq OPEC rəsmiləri çox əmin formada kartelin razılaşmağa yaxın olduğunu bəyan edirlər.

Analitiklər isə neftin qiymətinin 2017-ci ildə artacağını, lakin gələn ildəki qiymətin də 60 dollar/barreldən aşağı olacağını nəzərdə tuturlar.
Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272