SƏNAYE

SOCAR Ukraynaya yatırdığı məbləği – AÇIQLADI
03 NOYABR
257

SOCAR Ukraynaya yatırdığı məbləği – AÇIQLADI

2016-11-03 09:38:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2010-2016-cı illər üzrə Ukrayna dövlət büdcəsinə vergi ödənişləri 2,5 milyard qrivendən çox olub.

Bu barədə "SOCAR Energy Ukraine" şirkətindən bildiriblər.

Şirkət tərəfindən qeyd edilib ki, SOCAR Ukraynada sırf qanunvericilik sahəsi çərçivəsində fəaliyyət göstərir, məsuliyyətli vergi ödəyicisi və işə götürəndir:

"Azərbaycanın maraqlarını təmsil edən strateji investor kimi, şirkət bütün bazar iştirakçıları üçün sabit, şəffaf və vahid oyun qaydalarının formalaşması proseslərində maraqlıdır və buna cəlb olunub".

"SOCAR Energy Ukraine"dən bildiriblər ki, Ukraynada əməkdaşlıq üçün böyük perspektivlər görürlər. "Fəaliyyətimizi müəyyən dəyərlər sistemi əsasında qururuq. Bura mütləq şəffaflıq anlayışı daxildir. Elə buna görə də, məsələn, dövlət satınalmaları sistemində hansısa tenderdə iştirakımız artıq şəffaflıq əlaməti kimi qəbul edilir. Dəyişikliklərin katalizatoru olmağa davam etmək və təcrübəmizi, dəyərlərimizi və Avropa standartlarını həm dövlət, həm də özəl sektorun işinə sirayət etdirmək istəyirik", - deyə şirkətin topdan satış istiqaməti üzrə direktoru Andrey Bışkov bildirib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275