SƏNAYE

2030-cu ilədək enerji resurslarından istifadə üzrə proqnoz təsdiq edilib
28 OKTYABR
269

2030-cu ilədək enerji resurslarından istifadə üzrə proqnoz təsdiq edilib

2016-10-28 17:36:00

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurası (HBŞ) MDB-nin iştirakçısı olan ölkələrin 2030-cu ilədək dövr üçün enerji resurslarının istehsal və istehlak proqnozu haqqında qərarı təsdiq edib. Bu qərar oktyabrın 28-də Minskdə HBŞ-nin iclasında qəbul edilib. Enerji resurslarının istehsal və istehlak proqnozu inkişafın iki ssenarisi - 2030-cu ilə qədər beşillik dövrlərin dayaq illəri üzrə “mühafizəkar” və “məqsədli” ssenarilər əsasında hazırlanıb. Hər iki ssenaridə enerji resurslarının bütün növləri üzrə tələbatın təmin edilməsi üçün bütün Birlik ölkələrinin yetərincə ümumi enerji potensialının olduğu göstərilir.

İnkişafın “məqsədli” ssenarisində MDB ölkələrinin ümumi daxili məhsulunun enerji və elektrik tutumlarının azalmasının (enerjiyə qənaət proqramlarının intensivləşməsi hesabına) “mühafizəkar” ssenariyə nisbətən daha sürətlə gedəcəyi ehtimal olunur.

Əsas məqsəd atom energetikasının (Belarus), habelə günəş, külək, biokütlə və kiçik çayların enerjisi əsasında alternativ enerji növlərinin (Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ermənistan) inkişafı hesabına qaz yanacağının çəkisini azaltmaq, elektrik enerjisi hasilatının strukturunu dəyişdirməkdir. Rusiya ilə Tacikistanın iri su elektrik stansiyaları inşa etmək planları var.Mövcud çətinliklərə baxmayaraq, bütün ssenarilərdə MDB ölkələrində bərpa olunan energetikanın sürətli inkişafı nəzərdə tutulur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271