SƏNAYE

Mebel istehsalçıları ilə sənaye şirkətləri birləşdilər
28 OKTYABR
303

Mebel istehsalçıları ilə sənaye şirkətləri birləşdilər

2016-10-28 16:17:00

Bu gün İqtisadiyyat Nazirliyində mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsinin iştirakı ilə görüş keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, dövlət başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 18 yanvar tarixli fərmanı və müvafiq sahələr üzrə sərəncamları, qəbul edilmiş qərarlar qeyri-neft istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Yerli istehsalın daha da genişləndirilməsi üçün böyük imkanlar açılıb. 

İdxal olunan komponentlərin yerli istehsalının təşkili ilə bağlı müzakirələr də aparılıb. Bildirilib ki, mebel istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında əlaqələr genişləndirilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272