SƏNAYE

Sənaye Parkının podratçı şirkətinin adı açıqlanıb
28 OKTYABR
162

Sənaye Parkının podratçı şirkətinin adı açıqlanıb

2016-10-28 09:36:00

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Mingəçevir Sənaye Parkının Mingəçevir şəhəri, H. Əliyev prospekti, 69 və 79/1 nömrəli ünvanda yerləşən 14,8 hektar torpaq sahəsində köhnə bina və qurğuların söküntüsü və hamarlanma işlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Tender komissiyasının qərarına əsasən, "Litosfer" MMC qalib elan edilib və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275