SƏNAYE

Azərbaycanı şəffaflıq təşkilatında namizəd saxladılar
26 OKTYABR
224

Azərbaycanı şəffaflıq təşkilatında namizəd saxladılar

2016-10-26 14:32:00

Oktyabrın 24-26-da Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 35-ci iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondundan fins.az-a verilən məlumata görə, Fondun İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclas çərçivəsində Azərbaycanın Qiymətləndirilməsinə və MHŞT-dəki statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə nəzərəçarpan proqresin əldə edildiyini və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq Azərbaycanın “namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275