SƏNAYE

Sürücülərin nəzərinə: bu benzindən istifadə etməyin
25 OKTYABR
8245

Sürücülərin nəzərinə: bu benzindən istifadə etməyin

2016-10-25 09:39:00

Hazırda Azərbaycanda “Avro-4” standartına cavab verən avtomobillərin əksəriyyəti “Aİ-92” markalı benzinlə idarə olunur. Avtomobil üzrə ekspert Elçin Abbasov bunu təhlükəli hesab edir. O, iddia edir ki, “Avro 4” standartına cavab verən heç bir avtomobilə Azərbaycanda satılan “Aİ-92” markalı benzini tökmək olmaz. Çünki avtomobilin mühərriki tez sıradan çıxa bilər.

Ekspert Elçin Abbasov bildirir ki, dünya standartından fərqli olaraq, burada satılan “Aİ 92” markalı benzinin tərkibində kükürd çoxdur. Onun sözlərinə görə, belə kükürd yanma zamanı qətrana çevrilir və zamanla avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb olur.

O, deyir ki, hətta zavod tərəfindən avtomobilə “Aİ-92” markalı benzin tökmək tövsiyə edilsə belə, sürücülərin bu benzindən istifadə etmələri məqsədəuyğun deyil.

Bu benzindən istifadə edəndən sonra avtomobildə müəyyən problemlərin ortaya çıxdığını sürücülər də təsdiqləyirlər.

Məsələ ilə bağlı SOCAR-ın Neft Emalı zavodunun direktor müavini Rasim İbrahimov bildirib ki, hazırda Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzin ancaq “Avro 2” standartına uyğundur. Ona görə də “Avro 4” standartındakı avtomobillər üçün “premium” benzinindən istifadə edilməlidir. Ancaq Azərbaycan gələcəkdə “Avro 5” standartına cavab verən benzin istehsal etməyi planlaşdırır. Bu, Qaradağda yerləşən Neft-kimya kompleksinin yenidənqurmadan sonra fəaliyyətə başlaması (2020-ci il) ilə mümkün olacaq.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271