SƏNAYE

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsulları ixracatçılarına müraciət edib
24 OKTYABR
340

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsulları ixracatçılarına müraciət edib

2016-10-24 17:17:00

İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının ixracatçılarına müraciət edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac təşviqi Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı" və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar" əsasında ödəniləcək.

"Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası"nın, "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı"nın və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar"ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarını yükləyə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272