SƏNAYE

Yerli benzin istehsalı 8% azalıb
24 OKTYABR
187

Yerli benzin istehsalı 8% azalıb

2016-10-24 12:27:00

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3% - 1 mlrd. 957,1 mln. manata qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar-sentyabr aylarında soba mazutunun istehsalında 65% – 435 min tonadək, neft bitumu istehsalında 11% - 138,5 min tonadək artım qeydə alınıb.

Hesabat dövründə avtomobil benzini istehsalı 8,3% - 831,8 min ton, birbaşa qovulan benzin istehsalı 7,5% - 131,5 min ton, kerosin istehsalı 7,5% - 473,8 min ton, dizel yanacağı istehsalı 19,1% - 1 mln. 720,9 min ton, sürtkü yağı istehsalı 57,7% – 7,7 min ton, neft koksu istehsalı 5,9% - 280 min tonadək azalıb.

Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272