SƏNAYE

SOCAR ailə biznesinə necə dəstək verəcək? – AÇIQLAMA
21 OKTYABR
409

SOCAR ailə biznesinə necə dəstək verəcək? – AÇIQLAMA

2016-10-21 16:33:00

Xəbər verdiyimiz kimi, Ailə Biznesinə Asan Dəstək (“ABAD xidmət”) və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Fins.az xəbər verir ki, bununla Dövlət Neft Şirkəti kiçik ailə bzineslərinin qurulmasına və inkişaf etdirilməsinə dəstək verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Anar Hüseynov bildirib ki, memorandumla adıçəkilən qurumların sosial layhələri dəstəkləyəcək. “Öz biznesini qurmaq istəyən ailələrə həm maddi dəstək olacaq, həm də onlara biznes planların hazırlanmasında, marketinqin və brendinqin öyrədilməsində, avadanlıqların alınmasında, insan resusrsları ilə təmin olunmasında yardım ediləcək. Bütün bunları SOCAR-la müzakirə edilib birgə qərar verəcəklər”.

Əgər sizin meyvə bağınız varsa və siz ondan başqa mıhsullar istehsal edib bazara çıxarmaq istəyirsizsə, ABAD mərkəzlərinə müraciət edərək kömək istəyə bilərsiz. Bundan sonra sizin potensialınız və biznes imkanlarınız araşdırılacaq. Başqa sözlə, sizin nəyə ehtiyacıniz olması müəyyən ediləcək. Sonra həmin ehtiyaclar SOCAR-la müzakirə ediləcək. Bi zaman maddi, texniki, biznes plan, təlimlərə cəlb olunma və digər köməkliklərlə bağlı birgə qərar veriləcək.

Başqa sözlə, SOCAR ancaq maliyyə vəsaiti ayırmayacaq, lazım olanda avadanlıqların alınmasına, kadrlarla təmin olunmasına, marketinqin qurulması işlərinə də dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272