SƏNAYE

Qış rejiminə keçid vaxtı – AÇIQLANDI
21 OKTYABR
3416

Qış rejiminə keçid vaxtı – AÇIQLANDI

2016-10-21 15:02:00

"Son günlər hava şəraitinin kəskin dəyişməsi nəticəsində əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb". Bunu SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin qaz sistemi qış rejiminə keçmək üzrədir. Qış rejiminə noyabrın 15-də keçiləcəyini bildirən vitse-prezident vurğulayıb ki, havaların soyuması nəticəsində əhalinin qaza olan tələbat artdığından hazırda SOCAR yeraltı qaz anbarlarına vurulan qazın miqdarı azaldılıb: "Biz bu gün qazın böyük miqdarını əhaliyə veririk".

R. Qurbanov gündəlik olaraq əhaliyə 16-17 mln. kubmetr təbii qaz verildiyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270