SƏNAYE

Neft çatışmazlığı yarana bilər
21 OKTYABR
278

Neft çatışmazlığı yarana bilər

2016-10-21 09:31:00

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər.

Fins.az-ın verdiyi məlumata görə, bunu “RİA Novosti”yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib.  

“Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək”, - deyə Drebentsov qeyd edib.   

“İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”, -deyə Drebentsov əlavə edib.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271