SƏNAYE

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşdı -STATİSTİKA
10 OKTYABR
498

Sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşdı -STATİSTİKA

2016-10-10 19:56:00

2016-cı ilin yanvar-sentyabr aylarında 20a 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 16,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, ayrı-ayrı sektorlarda artım belə olub:

Mədənçıxarma sənayesi üzrə  - 18, faiz,

Emal sənayesi üzrə - 10,8 faiz,

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə - 7 faiz,

su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə - 4,2 faiz.  

Bu ilin sentyabr ayında avqusta nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4 faiz, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 2,5 faiz bahalaşıb. Su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri aşağıdakı sahələrin hesabına baş verib:

Xam neft və təbii qaz hasilatı üzrə - 3,5 faiz,

Metal filizlərinin hasilatı üzrə - 2,4 faiz.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri

metallurgiya sənayesi üzrə - 9,7 faiz,

neft məhsullarının istehsalı üzrə - 3,3 faiz,

tütün məmulatlarının istehsalı üzrə - 2,7 faiz,

tikinti materiallarının istehsalı üzrə - 1,9 faiz,

içki istehsalı üzrə- 0,8 faiz,

qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə - 0,5 faiz,

geyim istehsalı üzrə - 0,4 faiz,

toxuculuq sənayesi və kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə- 0,2 faiz,

kimya sənayesi üzrə - 0,1 faiz bahalaşıb.

Kağız və karton istehsalı üzrə isə 0,1 faiz ucuzlaşma baş verib. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272