SƏNAYE

SOCAR Avstriyanın neft terminalını alır
10 OKTYABR
232

SOCAR Avstriyanın neft terminalını alır

2016-10-10 15:34:00

Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını SOCAR-ın rəhbərliyindəki beynəlxalq sərmayəçilərə satmaq üçün razılaşıb.

Bu barədə “OMV AG”dən edilən şərhdə deyilir.

“OMV Petrol Ofisi A.Ş.”nin Əliağa neft terminalı ildə 200 min kubmetr maye yanacaq saxlama tutumuna malikdir. Terminalın həmçinin 45 min kubmetr mayeləşdirilmiş neft qazı (LPG) saxlama tutumu var.

Əliağa neft emalı zavodunun terminal şəbəkəsi və tədarük zəncirinin məhsuldarlığını artırmaq üçün satmaq qərarı alan “OMV Petrol Ofisi” bu satışı cari ilin sonunadək tamamlanmağı nəzərdə tutur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272