SƏNAYE

Azərbaycan və Fransa birgə müəssisələr yaradır
07 OKTYABR
295

Azərbaycan və Fransa birgə müəssisələr yaradır

2016-10-07 11:09:00

Azərbaycan və Fransa qarğıdalı istehsalı, üzümçülük və şərabçılıq sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir. Bu barədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın regional kənd təsərrüfatı müşaviri Nikola Perrənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

İ.Quliyev fransalı iş adamları tərəfindən ekoloji baxımdan keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının təşkili üçün Azərbaycanda əlverişli mühitin olduğunu nəzərə çatdırıb.

Görüşdə qeyd olunub ki, Fransa qarğıdalı toxumu istehsalı üzrə Avropada birinci yerdədir və istehsal olunan toxumun 50%-i Avropa ölkələrinə ixrac edilir. Fransa tərəfi hibrid qarğıdalı toxumlarının Azərbaycanda sınaqdan keçirilərək əkilməsi ilə bağlı öz təkliflərini verib.

Mənbə: İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272