SƏNAYE

Neft gəlirlərinin hansı hissəsi büdcəyə köçürülməlidir – NORVEÇ TƏCRÜBƏSİ
07 OKTYABR
419

Neft gəlirlərinin hansı hissəsi büdcəyə köçürülməlidir – NORVEÇ TƏCRÜBƏSİ

2016-10-07 09:17:00

İyirmi il əvvəl Norveç hökuməti ilk dəfə sərvət fondu yaratdı və ona yüklü miqdarda pul yatırdı. Norveçin neft və qaz satışlarından gələn gəlirini xaricə investisiya etmə mexanizmi və yüksək neft qiymətləri gələcək üçün gözləniləndən daha böyük sərvət yaratmışdı, lakin sonradan neft və qaz hasilatının 46%-ə qədər azalması fondun əhəmiyətini də öz növbəsində artırdı.

Artıq fondun illik qazancı neft satışından gələn gəliri də ötmüşdü.

Bu həftə “Qlobal Pensiya Fondu”nun dəyəri ÜDM-ni iki dəfə üstələməklə 882 milyard dollara çatıb ki, bu da sərvət fondları içərisində ən böyüyü olması deməkdir. Fond Avropada qeydiyyatda olan bütün səhmlərin 2%-nə, dünya səviyyəsində isə 1%-nə və 78 ölkədə 9000-dən çox şirkətdə, həmçinin “Alphabet”,  “Apple”, “Microsoft” və “Nestlé” kimi ayrı-ayrı şirkətlərdə paya sahibdir.

Fondun idarəedilməsində hökumət müstəsna hüquqlara sahibdir. Müstəqilliyinə konstitusiya səviyyəsində zəmanət verilməsə də,  mərkəzi bankdan asılı olmayan vahid kimi fəaliyyət göstərən fond Maliyyə Nazirliyi tərəfindən idarə olunur, parlament tərəfindən izlənilir. Sadə və şəffaf fəaliyyət həyata keçirən fondun etdiyi hər bir investisiya onlayn şəkildə detallı olaraq ictimaiyətə izah olunur.

Başqa fondlar tərəfindən fəaliyyət mexanizmi təqlid olunmağa çalışılsa da, Şimali Avropalıların sahib olduqları dəyərləri əldə etmək çətin olmuşdur. Fondun rəhbəri Yngve Slyngstadın sözlərinə görə, artım gözləntiləri üstələyib və bunda siyasi inamın təsiri kifayət qədər önəmlidir. Büdcə qanununa əsasən, hökumət fonddan portfel idarəetməsindən gözlənilən illik gəlirin həcmindən daha artıq pul istifadə edə bilməz. Maliyyə Nazirliyindən fondun əməliyyatlarını izləyən Martin Skancke fondun xüsusiyyətləri kimi keyfiyyət səviyyəsini və mədəni birliyi əsas göstərib və onun sayəsində bir çox kəndlərdə kasıblıq anlayışının iki nəsil əvvəldə qaldığını bildirib.

Buna baxmayaraq fond gözləntiləri də norveçlilərin istəyilə dəyişə bilər. Məsələn, indi Tesla sürən norveçlilər öz zənginliklərini nümayiş etdirməkdən daha az çəkinirlər. Hal-hazırda 5,2 milyon norveçlinin yaşadığı ölkə dünyadakı ən varlı ölkə hesab olunur. Son dövrlərdə, əsasən də suriyalı qaçqınların axın etdiyi indiki zamanlarda immiqrantların da sayı artmışdır.

Populist, anti-immiqrant partiya nümayəndələri neft gəlirlərinin çox hissəsinin ölkə daxilində xərclənməsi təklifini irəli sürmüşdülər. Bu ilin ilk yarısında hökumət fonddan neft gəlirlərinin ümumi həcmindən daha artıq miqdarda pul götürmüşdü və son dövrlərdə kapitalın mənfəətliliyi də cüzi azalmışdı.

Fond rəsmilərinin biri: ”Yastığın altında yüklü miqdarda pul  olan zaman kəmərləri sıxmaq çox çətin haldır”-deyə vəziyyətə şərh vermişdi. Slyngstad nikbin yanaşmasını qorusa da etiraf edib ki, demokratların çox az hissəsi fonda dəstək olurlar: ”Siyasətçilər hər zaman daha çox xərcləməyin və aşağı vergilərin tərəfdarı olublar”-deyə sözlərində bildirib. O siyasi təsirlərin az olduğunu, lakin bir çoxlarının bu istiqamətdə fəaliyyətinin artdığını da qeyd edib: “Əgər fonddan daha çox xərclənmirsə, onu başqa sahələrə yönəltməyin vacib olduğunu düşünənlər də var”.

Fondun baş tənqidçisi Sony Kapoorun fikrincə fond ötən onillikdə inkişaf etməkdə olan, kapitala ac bazarlara və infrastruktura  investisiya etməmiş, əvəzində zəngin iqtisadiyyatlı ölkələrdə aktivlərini cəmləşdirmişdir və beləliklə hər 150 milyard dolların 100 milyardını itirmişdir.

Fondun strategiyasını müdafiə edən tərəflər isə düşünürlər ki, kasıb ölkələr hər zaman daha az əlverişli investisiya təklifləri edirlər.

Bundan başqa investisiya etikası da ölkədə geniş inkişaf etmişdir. Məsələn, fond tütün və silah istehsalı kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə investisiya etmir. Ekoloji  məsuliyyətə önəm verdiyinə görə, ətraf mühiti hədsiz çirkləndirən firmalara, kömür zavodlarına, eləcə də rəhbər vəzifə işçilərinə yüksək əmək haqqı ödəyən “Volkswagen” kimi şirkətlərə də investisiya edilmir.

Bu tip məhdudiyyətlər dilemma yaradır, çünki fond hələ də neftə investisiya edir, məsələn Royal Dutch Shell ən böyük holdinqlərindən biridir. Etik məsləhətçilər neft şirkətlərini daha yaxşı təcrübə əldə etməyə təşviq etməyin fondun inkişafında əhəmiyyətli olacağını düşünsə də, keçmiş məsləhətçilər bu tip investisiyaların ekoloji məsuliyyətlə paradoks təşkil etdiyini qəbul edirlər.

Əslində fond norveçlilərin dəyərlərini kapital formasında ixrac edir. Bu tip etik qərarların gələcəkdə vergi güzəştləri yaradacağı da inkar olunmur. Lakin hətta norveçli səhmdarların da çoxu doğru olanı etməkdənsə, qazanclı olana yönəlməyə üstünlük verirlər.

Mənbə: economist.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275