SƏNAYE

Neft Fondunda "Brexit" zərəri artır
04 OKTYABR
567

Neft Fondunda "Brexit" zərəri artır

2016-10-04 15:42:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə "Brexit" qərarının verildiyi 23 iyundan bu günədək 271 milyon ABŞ dolları zərər edib. 

ARDNF-in investisiya portfelinə mövcud olan 1 milyard 194,3 milyon funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 milyard 793 milyon dollar idisə, hazırda bu rəqəm 1 milyard 522 milyon dollar təşkil edir. 

Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275