2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan $218 mln. dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 28,8% çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
«Cari ilin yanvar-avqust aylarında $102,1 mln. dəyərində tərəvəz ixrac edilib, bu isə 2015-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisdə 37% çoxdur. Meyvə ixracı $86,7 mln. məbləğində olub (artım 26,4%)», - deyə məlumatda bildirilir.
Bundan başqa, yanvar-avqust aylarında $16,1 mln. dəyərində pambıq (artım 30,3%), $7,2 mln. dəyərində dəri xammalı (azalma 21,2%), $5,56 mln. məbləğində tütün məmulatı (artım 27,8%) ixrac edilib, qalan məbləğ digər kənd təsərrüfatı məhsullarının payına düşüb.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycan $312 mln. dəyərində meyvə və tərəvəz ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 7,2% çoxdur.
Mənbə: İnterfaks-Azərbaycan