SƏNAYE

Fermerlərə yeni texnika və sürücülük vəsiqəsi verildi
30 SENTYABR
193

Fermerlərə yeni texnika və sürücülük vəsiqəsi verildi

2016-09-30 16:04:00

Saatlı, Sabirabad, İmişli və Hacıqabul rayonlarından olan 57 istifadəçiyə lizinq yolu ilə 87 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib. Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən xəbərə görə, ümumi dəyəri 1 milyon 110 min 444 manat olan bu texnikalara görə vətəndaşlara 410 min 250 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. Güzəşt tətbiq edildikdən sonra 29 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və vətəndaşlara müvafiq sənədlər təqdim edilib.

Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələr qəbul ediblər.

Xatırladaq ki, indiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6 225 istifadəçi 13 min 746 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alıb. Onlara ümumilikdə 73 milyon 492 min 314 manat məbləğində güzəşt tətbiq edilib.

Görüşdə bir qrup mexanizatora Dövlət Texniki Nəzarət Müfəttişliyi traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə etmək üçün sürücülük vəsiqəsi verilib. Köhnə vəsiqələr isə yeniləri ilə əvəzlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272