SƏNAYE

Tikinti materiallarının idxalı – AZALACAQ
30 SENTYABR
259

Tikinti materiallarının idxalı – AZALACAQ

2016-09-30 15:42:00

DFT-nin (Deutsche Fassaden Technologien) fasad məhsullarının istehsalı zavodunun istismara verilməsi bu məhsulların idxalının azalmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Bunu İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin direktoru Səməd Bəşirli DFT-nin zavodunun açılışında deyib.

Onun sözlərinə görə, tikinti məhsullarının istehsalı daxili bazarın tələbatının ödənilməsi baxımından vacibdir.

S.Bəşirli hesab edir ki, bu istiqamətin inkişafı iqtisadiyyatın digər sahələrində xüsusilə plastik maddələrin istehsalı və kimya, metallurgiya və s. sahələrdə tələbatın formalaşmasında mühüm rol oynayır.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272