SƏNAYE

Azərbaycan Konqoya hərbi texnika satır
30 SENTYABR
192

Azərbaycan Konqoya hərbi texnika satır

2016-09-30 10:15:00

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd “Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək. Bu barədə MSN-in “Aqreqat” İstehsalat Birliyi Bakı “Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib

O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək. 

Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan “Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub.

Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275