SƏNAYE

Ərəblər Azərbaycanda aqroparklara sərmaye qoyacaq
29 SENTYABR
198

Ərəblər Azərbaycanda aqroparklara sərmaye qoyacaq

2016-09-29 09:13:00
Azərbaycanın kənd təsərrüfar naziri Heydər Əsədov 28 sentyabr 2016-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin MBM şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb. Fins.az-ən nazirliyə istinadən verdiyi xəbərə əsasən, görüşün məqsədi aqrar sektorda investisiya tələb edən sahələr və bu sahələrə sərmayələrin qoyulması ilə bağlı müzakirələrin aparılması olub.
 
Görüşdə nazir Heydər Əsədov investisiya tələb olunan sahələr, xüsusilə də Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixrac edilməsi məqsədilə aqroparkların yaradılması, Azərbaycanda istehsal olunan meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixracı məqsədilə logistik bazanın yaradılması, konservləşdirilmiş meyvə və tərəvəzin ixracı, Azərbaycanda müasir tipli ət və süd emalı müəssisələrinin və iri heyvandarlıq təsərrüfatlarının yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının araşdırılması, ölkəmizdən Birləşmiş Ərəb Əmirliklərinə quş əti və yumurta ixracı məsələsinin müzakirə olunması, heyvandarlıq məhsullarının saxlanması və ticarəti üçün logistik mərkəzin yaradılması, pestisid istehsalı müəssisəsinin yaradılması imkanlarının araşdırılması, pambıq, tütün, barama məhsullarının ixracı, həmçinin texnika, gübrə istehsalı üçün əlverişli şəraitin olduğunu nəzərə çatdırıb.
 
MBM şirkətlər qrupunun Korporativ Məsələlər üzrə direktoru Federico Carvellini kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Səfərlərində əsas məqsədin Azərbaycanda kənd təsərrüfatının fundamental sahə olduğunu və bu sahədə əməkdaşlıq imkanlarını araşdırıb və bu sahənin inkişafı üçün texniki və maliyyə dəstəyi göstərməkdən ibarət olduğunu bildirib. Cənab Federico Carvellini kənd təsərrüfatı ifrastrukturunun yenidən qurulmasına və aqroparkların yaradılmasına sərmayə qoyuluşu, həmçinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqə yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrilə tanış olaraq bu sahədə fəliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə  maraqlı olduqlarını və əməkdaşlığa dair təkliflərlə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklərini bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272