SƏNAYE

Neftçala Sənaye Məhəlləsində 6 şirkət yaradılıb
28 SENTYABR
192

Neftçala Sənaye Məhəlləsində 6 şirkət yaradılıb

2016-09-28 10:12:00

Neftçala Sənaye Məhəlləsi ərazisində həyata keçirilməsi nəzərdə tutulan 6 layihəyə investisiya qoyuluşları 40 mln. manatdan artıq təşkil edəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Hazırda məhəllənin rezidentləri 6 şirkətdir. Onlardan 3-ü 2016-cı ilin sonunadək, qalan 3-ü isə 2017-ci ildə sənaye məhəlləsində fəaliyyətə başlayacaq. Onların reallaşdıracağı layihələrə 40 mln. manatdan çox sərmayə qoyulacaq", - deyə Ş.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi nəticəsində 500-dən artıq yeni iş yeri yaradılacaq.

Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib.

Həmin sənaye məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye məhsullarının istehsalı və emalı üzrə müəssisələr yaradılacaq.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272