SƏNAYE

Sabah neftin qiyməti 20 dollara düşə bilər
27 SENTYABR
3251

Sabah neftin qiyməti 20 dollara düşə bilər

2016-09-27 16:30:00

Sabah neftin dünya qiymətləri bir barel üçün 20 dollardan aşağı enə bilər. Fins.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuellanın neft nazirinin Euloxio del Pino açıqlamasında bildirib. 

Onun ehtimallarına görə, OPEC-in sabah, sentyabrın 28-də Əlcazairdə keçiriləcək qeyri-rəsmi görüşü uğursuz bitəcək. Bu da neftin qiymətinin kəskin enməsinə səbəb ola bilər.

"Razılıq əldə olunmasa, biz qiymət müharibəsinə cəlb olunacayıq, bu da qiyməti 20 dollaradək “öldürəcək”. Biz qiymət qəzasının qarşısını almaq üçün Səudiyyə Ərəbistanı və İranla daimi təmasda oluruq”.

Lakin Əlcəzairdəki sahabkı görüşədək konsensus əldə etmək mümkün olmayıb.

Xatırladaq ki, İranın neft naziri Bijan Zanqanenin İran-Səudiyyə ikitərəfli görüşdən sonra belə bəyanat verib: “Bəli, biz Vyanada görüşmüşdük. Amma bizə birgə müşavirələr üçün vaxt lazımdır”.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı İranın nefti dondurmasından sonra öz hasilatını azaltmağa hazır olduğunu söyləyib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270