SƏNAYE

"ASAN xidmət"dən yeni biznes imkanı – SOYUDUCUDAN İNKUBATORA
27 SENTYABR
584

"ASAN xidmət"dən yeni biznes imkanı – SOYUDUCUDAN İNKUBATORA

2016-09-27 10:28:00

"ASAN Xidmət"də daha bir layihə işə düşür. “Cücələrim inkibatoru” köhnə soyuducuları müasir biznes ələtinə çevirməyə imkanı verəcək. 

Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şəbəsinin müdir müavini  Fariz Cəfərov bildirib ki, layihənin məqsədi gəncləri öz bizneslərini qurmağa istiqamətləndirməkdir. Onun sözlərinə görə, layihədə köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan inkubatorların hazırlanması nəzərdə tutulub. 

“Soyuducularda isti və ya soyuq temperatoru saxlamağa imkan verən  qurğular var. Bu keyfiyyətini nəzərə alaraq onları bir qədər dəyişməklə cücə çıxaracaq inkubatora çevirməyi düşündük. Kiminsə evində köhnə, istifadəyə yararsız soyuducusu varsa,  bizə gətirə bilər. i-LAB-da həmin soyuducular yenidən işlənərək  müasir qurğularla təchiz ediləcək”.

Yumurtaları  GPS-lə izləyəcəksiz

Qeyd edək ki, inkubatora eyni vaxtda 500 ədəd  yumurta qoymaq mümkün olacaq. İçərisində işıq yanacaq, həmçinin, yumurtaların yetişmə mərhələlərini izləməyə imkan verən GPS qurğusu yerləşdiriləcək. 

Həmin qurğu içəridəki yumurtalarda gedən bütün dəyişikliklər barədə informasiyanı ötürəcək. Artıq  cücələr çıxanda  mərkəzə siqnal ötürüləcək. Bütün bunlar inkubator sahibinin işini yükgülləşdirəcək, çevik qərarlar verməyə imkan yaradacaq.

 “Cücələrim” rayonlara da gedəcək

F.Cəfərov  deyib ki, inkubatorlar üçün soyuducular pulsuz götürüləcək. Hələlik bu ideya ancaq Bakıda “i-LAB”da   həyata keçiriləcək. Yaxın gələcəkdə isə regionlardakı “ASAN xidmət” mərkəzlərində də bunun genişləndirilməsi, rayon sakinlərinin məşğulluğunun təmin olunması nəzərdə tutulur.  
Gənclər inkubatorlardan əldə etdikləri  cücələri  sata və ya digər təsərrüfatlarda saxlayaraq bizneslərini genişləndirə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272