SƏNAYE

Qaradağda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib
23 SENTYABR
310

Qaradağda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

2016-09-23 16:12:00

Sentyabın 23-də Qaradağ rayonunda SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi işə düşüb. SOCAR-dan verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər şəxslər iştirak edib.
Bildirib ki, Mərkəz Azərbaycan, eləcə də bütünlükdə neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın dünya standartlarına uyğun emal olunmasını həyata keçirilməsi üzrə regionda ilk və yeganə bu tipli müəssisədir.
Mərkəzin ümumi sahəsi 40 hektar ərazini əhatə edir və bu ərazinin 100 hektara qədər artırılması potensialı mövcuddur.
Mərkəzdə qazma şlamı müasir qurğularda emal edilərək yenidən istifadəyə yararlı hala gətirilir. Onlardan sement istehsalında istifadə ediləcək. Mərkəzin istehsalat gücü illik 100 000 tondur. Bundan başqa mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub.
Mərkəzdə 100 nəfər çalışacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272