SƏNAYE

Azərbaycanda Qafqazın ən böyük tikiş fabriki açılır – 2 MİN İŞÇİSİ OLACAQ
22 SENTYABR
1476

Azərbaycanda Qafqazın ən böyük tikiş fabriki açılır – 2 MİN İŞÇİSİ OLACAQ

2016-09-22 10:29:00

Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq. Fins.az-ın məlumatına görə, yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək. Onun yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaqdır. Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30 faiz azalacaq. Tikiş Fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275