SƏNAYE

SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir
20 SENTYABR
142

SOCAR Gürcüstanın ən böyük vergi ödəyicisidir

2016-09-20 10:15:00
Bu gün Gürcüstanın qaz təchizatının və neft məhsulları bazarının da böyük qismini SOCAR təmin edir.
 
Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.
 
Onun sözlərinə görə, "SOCAR Energy Georgia" MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir və hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-inə nəzarət edir: "2009-2015-ci illər ərzində SOCAR-ın Gürcüstan bazarında qaz satışının həcmi təqribən 7 dəfə artıb, törəmə şirkətimiz tərəfindən ölkədə 5360 kilometr uzunluğunda qaz xətləri çəkilib, 209136 abonent qazlaşdırılıb. Qonşu ölkədə SOCAR brendi altında 116 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu isə Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təxminən 25%-i deməkdir".
 
R. Abdullayev əlavə edib ki, "SOCAR Energy Georgia" artıq neçə ildir ki, Gürcüstanda “ilin ən yaxşı şirkəti” adına layiq görülür.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272