SƏNAYE

SOFAZ AYİB-in Səhm İştirak Fonduna 100 mln. avro yatırır
19 SENTYABR
169

SOFAZ AYİB-in Səhm İştirak Fonduna 100 mln. avro yatırır

2016-09-19 14:11:00
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) idarə etdiyi Səhm İştirak Fonduna 100 milyon avro məbləğində sərmayə yatırılması nəzərdə tutulub.

Fonddan verilən məlumata görə, Səhm İştirak Fondu institusional investorlara AYİB-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, Cənub-Şərqi Aralıq hövzəsi ölkələri, eləcə də Türkiyə regionundakı birbaşa investisiya portfelində iştirak etməklə maliyyə, sənaye, kənd təsərrüfatı, infrastruktur və enerji sektorlarında uzunmüddətli kapital artımını hədəfləyən yatırımlar həyata keçirmək imkanı yaradır.
 
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov sözügedən investisiya ilə bağlı şərh verərək bildirib: "Səhm İştirak Fonduna investisiya bizim investiya portfelinin müxtəlif maliyyə alətləri və coğrafi regionlara diversifikasiyası ilə  bağlı investisiya strategiyamızın davamıdır. Bu innovativ investisiya strukturu həmçinin regionda bu sahədə böyük və uzunmüddətli təcrübəyə malik AYİB ilə əməkdaşlığa imkan verəcəkdir. AYİB-in həyata keçirdiyi investisiyalar bizim də hədəf seçdiyimiz bir sıra uzunmüddətli inkişaf göstəriciləri ilə səciyyələnir və biz inanırıq ki, bu investisiyalar Fonda riskləri nəzərə almaqla yüksək gəlirlilik qazandıracaqdır".
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275