SƏNAYE

Tikinti sektorunda istehsal azalıb - STATİSTİKA
16 SENTYABR
280

Tikinti sektorunda istehsal azalıb - STATİSTİKA

2016-09-16 12:52:00

2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 3 8027,8 milyon manatlıq ümumi daxili məhsul istehsal edib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə,   bu ötən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz azdır.

Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub. Əlavə dəyərin 38 faizi sənayedə, 11,7 faizi ticarətdə, nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib.

İlk 8 ayda məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 953 manata bərabər olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274