SƏNAYE

"LUKoil" İrana istiqamətlənir
16 SENTYABR
230

"LUKoil" İrana istiqamətlənir

2016-09-16 10:03:00
Rusiyanın "LUKoil" şirkəti İranda fəaliyyətini aktivləşdirmək niyyətindədir.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində şirkətin İdarə Heyətinin sədri, prezidenti Vahid Ələkbərov deyib.
 
"Bizi İranda yaxşı tanıyırlar, mövqelərimiz yaxşıdır. İrana sanksiyalar altında yaşadığı dövrlərdə şirkətimizin İrandakı ofisi fəaliyyətini davam etdirdi. İran hökuməti ilə olan iki müqaviləyə əsasən bu ölkədəki iki nəhəng ərazini öyrənəcəyik. Söhbət fars körfəzinin şelfindən və bizə maraqlı olan digər konkret yataqlardan gedir. Biz gələcəkdə Xəzər dənizinin İran akvatoriyasında da işləmək istərdik. Xəzər dənizi bizə çox tanış, yaxın ərazidir və biz bu dənizdə neft-qaz məhsullarının necə formalaşdığını anlayırıq", - deyə şirkət rəhbəri bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274