SƏNAYE

"Neftin qiyməti maksimum 55 dollar olacaq"-AÇIQLAMA
08 SENTYABR
302

"Neftin qiyməti maksimum 55 dollar olacaq"-AÇIQLAMA

2016-09-08 14:56:00

Yaxın bir il ərzində dünya bazarında xam neftin qiyməti 40-50 dollar/barel idapazonunda hərəkət edəcək və ya maksimum 55 dollar olacaq. Fins.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu “SOCAR Trading S.A.” şirkətinin rəhbəri Arzu Əzimov deyib.

A.Əzimovun sözlərinə görə, qiymətlər yüksəldikdə Amerikadakı şirkətlər hasilatı artırır: “Məsələ burasındadır ki, qiymətlər sürətlə yüksələn kimi, Amerika hasilat şirkətləri hasilatı sürətlə artırır. Buna görə də bazarlarda xam neftin qiyməti 40-50 dollar, maksimum 55 dollar olaraq qalacaq”.

Əsas treyderlər hesab edirlər ki, ABŞ-da şist neft və İranla Səudiyyə Ərəbistanında gözləniləndən artıq neft hasil edilməsi bundan sonra ən azı 6 ay qiymətlərdə disbalansa səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272