SƏNAYE

"DESFA-nın özəlləşdirilməsinə tələsmirik" - AFİNADAN SOCAR-A CAVAB
06 SENTYABR 2016
876

"DESFA-nın özəlləşdirilməsinə tələsmirik" - AFİNADAN SOCAR-A CAVAB

2016-09-06 13:44:00

Yunanıstan DESFA-nın özəlləşdirilməsində tələsmir. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin yeni bazar şərtləri daxilində DESFA-nın dəyərinin iki dəfə azaldılmasına dair fikirlərinə münasibət bildirən Yunanstanın Energetika Nazirliyi bu qazpaylayıcı şirkətin gəlirlərinin azalmasına təsir göstərən yeni qaz tarifləri ilə bağlı da izahat verib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Yunanıstanda tənzimləyicinin tariflərində dəyişiklik qaz istehlakının qiymətləndirilməsinə əsasən formalaşır. Aydındır ki, Azərbaycan tərəfi ancaq maliyyə tərəfinə əhəmiyyət verir, halbu ki, ölkədə qaz istehlakının səviyyəsinin düşməsini nəzərə almır".

İzahatda o da qeyd olunub ki, hətta SOCAR belə DESFA-nın gələcək səhmdarı kimi Yunanıstanın qaz tənzimləmə operatorunun tariflərinə müdaxilə edə bilməz.

Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərindən imtina etmək fikrində olmadığını, ancaq aktivlərin qiymətinin iki dəfə ucuzlaşdırılmasını daha real hesab edir.

Eləcə də bax: Yunanıstan tender proseduruna zidd hərəkət edib - SOCARDAN AÇIQLAMA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267