SƏNAYE

SOCAR maliyyə mənbəyi axtarır
05 SENTYABR
301

SOCAR maliyyə mənbəyi axtarır

2016-09-05 10:59:00

"TANAP layihəsi qrafikə uyğun həyata keçirilir, hətta layihənin bəzi hissələrində qrafiki qabaqlayırıq". 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. 

"Dünən mənə verilən məlumata görə, artıq 850 km boru qaynaqlanıb. İşlər plana uyğun həyata keçirilir", - deyə R. Abdullayev qeyd edib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsində də heç bir problem yoxdur. "Bununla yanaşı, hökumət layihənin maliyyələşdirilməsi üçün xaricdən ucuz və uzun maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlarını davam etdirir. Danışıqlar hələ bir müddət davam edəcək", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275