SƏNAYE

Azərbaycan və İran ortaq elektrik stansiyası tikəcək
01 SENTYABR
207

Azərbaycan və İran ortaq elektrik stansiyası tikəcək

2016-09-01 16:07:00

İran İslam Şurası Məclisi (parlament) Azərbaycan Respublikası ilə birlikdə su elektrik stansiyasının tikilməsi haqqında qanun qəbul edib.

İran parlamentindən verilən məlumata görə su elektrik stansiyası (SES) Araz çayı üzərində tikiləcək, Azərbaycanın Ordubad və İranın Mərazad şəhərlərini enerji ilə təmin edəcək.

Qanunun qəbul olunması ilə bağlı səsvermədə 180 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib. Deputatlardan 5 isə səsvermədə iştirak etməyib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272