SƏNAYE

"Şahdəniz-3" layihəsinin ehtiyatları açıqlandı
30 AVQUST
424

"Şahdəniz-3" layihəsinin ehtiyatları açıqlandı

2016-08-30 15:27:00

Xəzər dənizinin Azərbaycan sektorunda "Şahdəniz 3" layihəsi çərçivəsində işlənməyə cəlb olunacaq qaz ehtiyatları 500 mlrd. kubmetr həcmində proqnzlaşdırılır. Bunu bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında çıxış edən enerji məsələləri üzrə ekspert Con Roberts (John Roberts) deyib.

C.Roberts “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri çərçivəsində ixrac ediləcək qazın həcminin də məlum olduğunu qeyd edib: “Hər iki layihə üzrə ümumilikdə 1,2 trln. kubmetr həcmində ehtiyatlar var. Düşünürəm ki, 2018-2025-ci illərdə bu iki layihə üzrə ümumilikdə illik 25 mlrd. kubmetr həcmində qaz ixrac ediləcək”.

Eləcə də bax: Neftin qiymətində volatillik müşahidə olunur

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272