SƏNAYE

Neftin qiymətində volatillik müşahidə olunur
30 AVQUST
617

Neftin qiymətində volatillik müşahidə olunur

2016-08-30 12:49:00

Bu gün dünya birjalarında neftin qiymətində ciddi volatillik müşahidə olunur. 

İnvestorlar neft hasil edən ölkələrdən istehsalın dondurulması barədə razılığın əldə olunacağına dair siqnal gözləyir.

Ötən gün ticarət sessiyası zamanı neft 1%-dən çox ucuzlaşıb. Buna səbəb dolların 2 həftəlik maksimumu yeniləməsidir.

Brent markalı neftin oktyabr fyuçersinin dəyəri 0,2% artaraq 1 barelə görə 49,38 dollara çatıb. Halbuki, bundan öncə sessiyanın açılışında sözügedən markadan olan neftin dəyəri 49,23 dollara qədər enmişdi. 

Hazırda qiyməti 47,14 dollara çatan WTI markalı neft ticarət sessiyası zamanı 46,94 dollaradək ucuzlaşmışdı.

Qeyd edək ki, dolların möhkəmlənməsinə səbəb FED rəhbəri Canet Yellenin tez bir zamanda uçot dərəcəsinin artırılacağı ilə bağlı verdiyi açıqlamadır. 

Onu da əlavə edək ki, bu həftənin cümə günü ABŞ-da işsizliyin səviyyəsi barədə statistik məlumatlar açıqlanacaq. Məhz bu göstəricilər FED-in qərarına birbaşa təsir edəcək amil kimi göstərilir. 

OPEC üzvləri tərəfindən konsensusun əldə olunacağına skeptik yanaşan birja iştirakçıları gözünü iri neft hasilatçılarının rəsmilərinin şərhlərinə dikib. 

Birja iştirakçıları ABŞ-ın neft ehtiyatları barədə bu gün açıqlanacaq həftəlik statistikanı da səbirsizliklə gözləyir. Böyük ehtimalla, ehtiyatlar artacaq ki, bu da rekord göstəricinin yenilənməsinə səbəb olacaq. Analitiklərin proqnozuna görə, ABŞ-ın əmtəə neft ehtiyatları 1,5 mln. barrel artıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271