SƏNAYE

Ölkənin neft-qaz ehtiyatları – RƏSMİ AÇIQLAMA
29 AVQUST
354

Ölkənin neft-qaz ehtiyatları – RƏSMİ AÇIQLAMA

2016-08-29 11:50:00

Azərbaycanda gündə 115-120 min ton neft, 82-88 mln. kubmetr qaz hasil olunur. Bu barədə energetika nazirinin müavini Natiq Abbasov bu gün Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransında bildirib.

«Hazırda respublikanın dənizdə və quruda istismar edilən yataqlarından, eləcə də xarici şirkətlərlə birgə işlənən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Ümid” və digər yataqlardan sutkada 115-120 min ton neft və 82-88 mln. kubmetr təbii qaz hasil olunur», - deyə nazir müavini qeyd edib.

O xatırladıb ki, respublikanın təsdiq edilmiş neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları 2,6 trln. kubmetr həcmindədir.

N.Abbasov vurğulayıb ki, dünya bazarlarında neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və “həm maliyyə, həm də texniki cəhətdən mürəkkəb layihə olan “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirməkdə davam edir.

«Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin tikintisi uğurla davam edir», - deyə o qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275