SƏNAYE

Azərbaycan nə qədər “mənfəət nefti" satıb? – AÇIQLAMA
29 AVQUST
201

Azərbaycan nə qədər “mənfəət nefti" satıb? – AÇIQLAMA

2016-08-29 11:24:00

2016-cı ilin avqust ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 224 milyon ton “mənfəət nefti” satılıb. Fins.az-ın məlumatına görə, Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirilən I Avrasiya konfransında SOCAR-ın birini vitse-prezidenti Xoşbəxt Yusifadə deyib. Onun sözlərinə görə, artıq 17-ci ildir ki, “Azəri-Çıraqlı-Günəşli” layihəsinin iştirakçıları “mənfəət neft”indən gəlir əldə edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 7 ayında dünya bazarlarında satılmış 19,6 milyon ton neftin 11,5 milyon tonu, yəni 57,2 %-i Azərbaycanın payına düşən mənfəət nefti olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272