SƏNAYE

Neft və qazın qiymət dinamikası – GÖZLƏNTİLƏR NECƏDİR?
29 AVQUST
294

Neft və qazın qiymət dinamikası – GÖZLƏNTİLƏR NECƏDİR?

2016-08-29 11:05:00

Bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işə başlayıb. Fins.az xəbər verir ki, konfransda əsas diqqət Xəzər regionunda enerji iqtisadiyyatı ilə bağlı məsələlərə yetiriləcək. Konfransda “Neft qiymətlərinin azalması fonunda Xəzər regionunun Avropanın və qlobal bazarların əsas enerji təchizatçısı olmaq imkanı varmı?”, “Neft və qazın qiymət dinamikası və gözləntilər nədir?”, “Regionda aşağı enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələri üçün perspektivlər hansılardır?”, “Regional enerji təhlükəsizliyinə necə əmin olmaq mümkündür?” və başqa suallara aydınlıq gətiriləcək. Konfransda 24 ölkədən nümayəndələr iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272