SƏNAYE

SOCAR Qərbi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalayıb
27 AVQUST
144

SOCAR Qərbi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalayıb

2016-08-27 11:31:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb.

Xorvatiya mətbuatının verdiyi məlumata görə, avqustun 25-26-da Dubrovnik Forumu çərçivəsində imzalanan Anlaşma Memorandumu İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası ilə bağlıdır. Memorandum SOCAR və Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında inzalanıb.

Qeyd edək ki, Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən İAP üzrə bəyannamə 2007-ci ildə imzalanıb.  Bu kəmər ilə illik 5 mlrd. kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275