SƏNAYE

Azərbaycana buğda idxalı azalıb
24 AVQUST
165

Azərbaycana buğda idxalı azalıb

2016-08-24 09:32:00

2016-cı ilin I yarısında Azərbaycana 682,8 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,7% azdır. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $129 mln. 132,6 min (azalma 31,1%) təşkil edib.

Hesabat dövründə Azərbaycana $55 mln. 235 min dəyərində 131,4 min ton şəkər xammalı və şəkər (artım 8,8%), $61 mln. 661,4 min dəyərində 71 min 4,3 ton bitki yağı (artım 19,6%), $18 mln. 673,4 min dəyərində 5 min 537,2 ton çay (artım 1,9 dəfə), $27 mln. 569,5 min dəyərində 7 min 801,7 ton kərə yağı və süd (artım 26,3%) idxal edilib.

I yarımillikdə respublikaya $32 mln. 277,1 min dəyərində 37 min 359,8 ton meyvə (azalma 5,3%), $14 mln. 838,1 min dəyərində 39 min 876,7 ton tərəvəz (artım 1,9), $20 mln. 647,1 min dəyərində 110,6 min ton kartof (artım 41,1%) idxal edilib.

Həmçinin hesabat dövründə Azərbaycana $6 mln. 124,8 min dəyərində 2 min 329,7 ton mal əti (azalma 31,5%), $6 mln. 159,1 min dəyərində 7 min 712,6 ton quş əti və digər ət məmulatları (artım 2,6 dəfə) gətirilib.

2016-cı ilin I yarısında ölkədən $83 mln. 575,8 min dəyərində (artım 61,5%) 91 min 43,5 ton tərəvəz (artım 43,9%), $67 mln. 58,3 dəyərində (artım 26,9%) 36 min 361,7 ton meyvə (artım 11,4%), $15 mln. 772,7 min dəyərində (azalma 24,4%) 38 min 198,7 ton kartof (artım 4,6%), $3 mln. 242,9 min dəyərində (azalma 59,1%) 605,7 ton çay (azalma 65%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $29 mln. 368,8 min dəyərində (azalma 70,1%) 51,335 min ton şəkər (azalma 44,9%), $5 mln. 9 min dəyərində (azalma 83,4%) 4 min 807,6 ton bitki yağı (azalma 60,6%) ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275