SƏNAYE

Azərbaycanın payına düşən mənfəət neftinin həcmi açıqlandı
22 AVQUST 2016
281

Azərbaycanın payına düşən mənfəət neftinin həcmi açıqlandı

2016-08-22 11:25:00

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 mln. ton neft hasil edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

O qeyd edib ki, bu həcmin 224 mln. tonu Azərbaycanın payına düşən mənfəət neftidir: “Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq".

SOCAR rəsmisi qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 mln. ton neft nəql edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269