SƏNAYE

2016-cı ilin qızıl parıltısı - TƏLƏBAT ARTIR
19 AVQUST
249

2016-cı ilin qızıl parıltısı - TƏLƏBAT ARTIR

2016-08-19 11:04:00

Qızılın nadir bir element, həm də qiymətli və bahalı olması onun valyuta kimi istifadə edilməsinin ən mühüm səbəblərindən biridir. Üstəlik, əskinaslar kimi yenidən çapı da mümkün deyil, dünyada da qızıl ehtiyatı məhdud həcmdədir. Kimyaçı alimlərin böyük səylərinəbaxmayaraq, laboratoriyalarda da bu unikal elementi əldə etmək mümkün deyil. Ona sahib olmağın tək yolu isə qazıb çıxartmaqdır. Fins.az xarici mətbuata istinadən bu qiymətli metal üzrə proqnozları təqdim edir.

Qızıl ehtiyyatı azalır

Goldman Sachs-in analitiki Eugene King bu problemi araşdırarkən belə bir nəticəyə gəlib ki, qarşıda yalnız 20 illik istimar üçün qızıl ehtiyyatı mövcuddur. Odur ki, növbəti illərdə də qızılın axtarışına sərf olunan sərmayələrin artacağı və nəticədə qızılın qiymətinin yüksələcəyi ehtimalları böyükdür.

Eləcə də bax: Hitlerin “Qızıl qatarı”nın axtarışına yenidən start verildi

Hətta Jim Rickars "The New Case For Gold" kitabında bir külçə qızıla 10 min dollar qiymət qoyur. GoldMoney-in qurucusu James Turk isə bahalaşmanın 12 min dollara qədər yüksələcəyi qənaətindədir.

İstehsal düşür

2013-cü ildən bəri qlobal qızıl istehsalında azalma müşahidə edilir. Lakin keçən il Goldcrop CEOi Chuck Jeannes'in də söylədiyi kimi bir sıçrayş baş verdi. Qızıl istehsalı maksimuma yüksəldi. Bu il isə əksinə azalma tendensiyası gözlənilir. Bəzi analitiklər 2016-ci ildə qlobal qızıl istehsalının 3% düşəcəyini təxmin edirlər.

Son illərdə qızıl istehsalı və mədənçiliyi mövzusunda yeni inkişaflar və böyümələr gözlənilir. Ötən iki ilə baxdığımızda da həyata keçirilən yeni layihələrin keçmişdəki qədər potensiallı olmadığı üzə çıxır.

Əslində yeni qızıl yataqları axtarışına başlamaq asan yol demək deyil. Hər il qızıl axtarışı həm maddi baxımdan həm də daha inkişaf etmiş texnologiya zərurətindən daha da çətinləşir. Dünya səviyyəsində bir qızıl mədəninin istismara hazırlıq prosesi 20 ilə yaxın uzana bilər. Bu vəziyyət də dünya səviyyəsində mədənçilik sahəsindəki problemlərin həllinin vacibliyini önə çıxardır. 

Qızıl fondlarına axın

Eyni zamanda qızılın pul syasətində önəmi artır. 2009-cu ildən bəri ilk dəfə olaraq 2016-cı ilin birinci yarısında qızıla olan təlabat sürətlə artır. Qızıl və digər qiymətli metallar yeni pul vahidinin 60%-ni təşkil edir ki, bu da satılacaq əmtəələrin 253 milyard dollardan çox olduğunu göstərir. Barclays'ə görə, 2016-cı ili qızıl sərmayəli birja investisiya fondlarında ən parlaq il adlandırmaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275