SƏNAYE

Azərbaycana günə 4 min ton benzin idxal olunacaq – SƏBƏBLƏR
18 AVQUST
297

Azərbaycana günə 4 min ton benzin idxal olunacaq – SƏBƏBLƏR

2016-08-18 14:41:00
"Ai-92" markalı benizinin idxalına zərurət H.Əliyev NEZ-də aparılan təmir işləri ilə əlaqdar yaranmışdır və bu, müvəqqəti haldır". Fins.az-ən verdiyi məlumata görə, bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında qeyd olunub.

Son günlər KİV-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları ilə əlaqədar müəyyən anlaşılmazlıqlara səbəb ola biləcək müxtəlif şərhlər və açıqlamalar yayımlandığı üçün bu məsələlərə aydınlıq gətirilməsinə zərurət yaranmışdır.Qeyd edək ki, adı çəkilən sənədlər SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernizasiya proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilmişdir. Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınmışdır. 

Qeyd edək ki, təmirdən əvvəl H.Əliyev adına NEZ-də istehsal olunan Aİ-92 markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16 gününə olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3900 (üç min doqquz yüz) ton təşkil etmiş və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilmişdir. Hal-hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Azərbaycan Respublikasının Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraicət etmişdir. Xahişimiz NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşımışdır. Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaqdır. İdxal olunan benizinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4000 (dörd min) ton həcmində idxal benzini respublikaya gətiriləcək. H.Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcəkdir. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272