SƏNAYE

OPEC-in neft hasilatını “dondurması” ehtimalı
17 AVQUST
167

OPEC-in neft hasilatını “dondurması” ehtimalı

2016-08-17 11:35:00

Beynəlxalq bazarlar və qiymətli kağızlar üzrə aparıcı şirkətlərdən olan “Citi Futures”in analitiki Tim Evansın fikrincə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin sentyabrın sonlarında keçirəcəyi toplantıda hasilatı “dondurmaq” barədə qərar qəbul edilməsi ehtimalı 50 faizdən də azdır.

OPEC-ə üzv ölkələrin əksəriyyətinin son aylarda neft hasilatını artırdıqlarını, istehsalın böyük ehtimalla avqust ayında da çoxalacağını deyən T.Evans neft təklifinin azalması istiqamətində proseslərin 2017-ci ilin ikinci yarısında mümkün göründüyünü qeyd edib.

Qeyd edək ki, OPEC-ə üzv ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270