SƏNAYE

OPEC-in hazırkı hasilatı azaldacağını düşünmürəm – NEFT NAZİRİ
16 AVQUST
122

OPEC-in hazırkı hasilatı azaldacağını düşünmürəm – NEFT NAZİRİ

2016-08-16 16:05:00

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hazırkı neft hasilatını azaldacağı inanılan deyil.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bu fikirdədir. Nazir dünya neft hasilatının 70 faizini istehsal edən ölkələrin qarşılıqlı əlaqəsinin bazara təsir edə biləcəyinə inanır.

Qeyd edək ki, böyük neft istehsalçılarının toplaşacağı qeyri-rəsmi yığıncağın gələn ay Əlcəzairdə keçirilməsi planlaşdırılır. OPEC-ə üzv ölkələrin də sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində bir araya gəlməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275