SƏNAYE

Neft Fondu iki iri layihədən nə qədər qazandı?
16 AVQUST
277

Neft Fondu iki iri layihədən nə qədər qazandı?

2016-08-16 11:52:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2,834 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fins.az "Report"-a istinadən xəbər verir ki, Fonddan verilən məlumata görə, bu məbləğin 2,770 mlrd. dolları "AÇG"-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-dək ARDNF-ə "AÇG"-dən 119,779 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fondu 122,285 mlrd. dollar vəsait əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270