SƏNAYE

“Petkim”in sabiq direktoru həbs edildi
16 AVQUST
229

“Petkim”in sabiq direktoru həbs edildi

2016-08-16 11:49:00
Türkiyədə 15 iyulda çevriliş cəhdinin ardından, İzmirdə başlanılan istintaqlar zamanı "Petkim Petrokimya Holding A.Ş." işçilərinə qarşı əməliyyatlar təşkil edilib. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatda nəzarətə alınan 25 şübhəlinin cinayət işi Ədliyyə Nazirliyinə göndərilib.
 
Aralarında "Petkim"-in sabiq baş direktoru Sadəddin Qorqud və daha 25 nəfərdən 13-ü "Silahlı terror təşkilatı üzvü olmaq”da günahlandırılaraq həbs edilib. 12 nəfər  isə məhkəmə nəzarət şərti ilə sərbəst buraxılıb.
 
Həbs olunanlar arasında SOCAR Türkiyə Ümumi Müdir Köməkçisi, Azərbaycan əsilli İlgar Məhmətoğlu, Korporativ əlaqələr  müdiri Memduh Taşlıcalı, İnsan Resursları direktoru Azərbaycan əsilli Rakif Fərəcov, Satınalma İdarəçisi Səlim Bal, Satış Meneceri İbrahim Aydın, "Petkim"in imamı Yasin Atak, ES İnşaat ortağı Şenol Demirbaş da yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275