SƏNAYE

Sənaye sahəsinə investisiya qoyuluşları azalıb
16 AVQUST
109

Sənaye sahəsinə investisiya qoyuluşları azalıb

2016-08-16 11:17:00

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2015-ci ilin analoji dövrü ilə müqayisədə 17,5% - 5 mlrd. 428,1 mln. manatadək azalıb. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 68?2%-i sənaye sahəsinə yönəldilib.

Hesabat dövrü ərzində mədən sənayesinə investisiya qoyuluşları 5 mlrd. 125,8 mln. manat (azalma 12,7%) təşkil edib.

Emal sənayesinə 141,1 mln. manat (azalma 48%) həcmində investisiya qoyulub.

Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 105,3 mln. manat (artım 20%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 55,9 mln. manat (azalma 78%) investisiya qoyulub.

Bundan başqa, 2016-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 659,3 mln. manat (azalma 43,8%), rabitə və informasiya sahəsinə 71,1 mln. manat (azalma 58,2%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 150,5 mln. manat (azalma 58,3%), təhsil sahəsinə 67,2 mln. manat (azalma 56,3%) investisiya qoyuluşu həyata keçirilib.

Hesabat dövründə yaşayış evlərinin tikintisi sahəsinə 323,4 mln. manat (azalma 45%) investisiya qoyulub.

Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272